“Messinin MLS-ə təsirini ölçmək mümkün deyil” – Poçettino

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino MLS-də – “İnter Mayami”də çıxış edən 37 yaşlı Lionel Messi haqda danışıb.

Komanda.az CNN-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis, Messinin ABŞ çempionatına təsirini ölçməyin mümkün olmadığını bildirib:

“Messinin MLS-ə təsirini ölçmək mümkün deyil, çünki bu, inanılmazdır. Yalnız azarkeşlər üçün deyil, hər şey üçün. Onun hər kəsi, ətrafındakı bütün strukturu necə motivasiya edə bilməsi, MLS-də yarışması… Bu, təkcə indiki dövrdə deyil, orta və uzunmüddətli perspektivdə də öz təsirini göstərəcək”.

Messi PSJ-də çıxış edərkən Maurisio Poçettino onun baş məşqçisi olub.

Argentinalı forvardın “İnter Mayami” ilə hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button