“Messinin sözlərini heç vaxt unutmayacam”
“Tottenhem”in futbolçusu Kristian Romero onu dünyanın ən yaxşı müdafiəçisi adlandıran Argentina millisindəki komanda yoldaşı Lionel Messinin sözlərinə münasibət bildirib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu bunun onun üçün gözlənilməz olduğunu deyib:
“Bu, gözlənilməz oldu. Messinin sözlərini heç vaxt unutmayacam. Baş məşqçinin mənə verdiyi şansdan hər zaman maksimum yararlanmağa çalışıram. Azarkeşlərimiz məni milli komandada səmimi qarşılayırlar. Mən buna görə çox xoşbəxtəm və minnətdaram”.
“Tottenhem” Romeronu 2022-ci ildə “Atalanta”dan alıb və onunla 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. Argentinalı müdafiəçi ümumilikdə İngiltərə klubunun heyətində 68 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin