“Messinin PSJ-yə belə hörmətsizlik etdiyini görəndə bir az üzüldüm”

Braziliyalı keçmiş futbolçu Rivaldo Lionel Messinin PSJ-dəki hazırkı durumu haqda danışıb.

Komand.az “Betfair”-ə istinadən xəbər verir ki, o, Liqa 1 təmsilçisinin rəhbərliyindən icazə almadan Səudiyyə Ərəbistanına səfər edən argentinalı forvardın bütün dövrlər üçün ən yaxşı nümunə hesab olunduğunu söyləyib:

“Messi PSJ-nin icazəsi olmadan Səudiyyə Ərəbistanına səfər etdi. Nəticədə, PSJ rəhbərliyi bu səbəbdən Lioneli iki həftə müddətinə məşqlərdən uzaqlaşdırdı.

Baş verənlər onun yeni klubla sözləşmə imzalaması üçün Səudiyyə Ərəbistanına getdiyinə işarə edir. Lakin Messinin PSJ-yə belə hörmətsizlik etdiyini görəndə bir az üzüldüm. O, klubla danışdıqdan sonra gedə bilərdi. Hətta Səudiyyə Ərəbistanı rəsmilərinin Parisə gəlişini də gözləmək olardı. Lionel PSJ ilə problem yaratmamaq üçün fərqli yollara əl ata bilərdi.

Argentinalı bütün dövrlər üçün ən yaxşı nümunə hesab olunub. Liqa 1-in sona yaxınlaşdığı və paytaxt klubunun Fransa çempionluğunu qeyd etmək üçün gün saydığı ərəfədə Messi problemdən yayınmalı idi”.

Öncədən son dünya çempionunun cəzalandığı üçün artıq Fransa klubunda oynamaq istəmədiyi bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button