“Messinin oyunda iştirakı çox riskli idi” – Baş məşqçi
“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino hücumçu Lionel Messinin ABŞ Açıq kubokunun finalında “Hyuston Dinamo” ilə qarşılaşmada (1:2) komandanın heyətindən kənarda qalmasının səbəbini açıqlayıb.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, argentinalı futbolçunun oyunda iştirak etməməsi ilə bağlı bunu söyləyib:
“Messinin oyunda iştirakı çox riskli idi. O, qarşıdan gələn MLS matçlarında oynaya bilər, lakin biz buna həkimlərin dediklərinə əsasən qərar verəcəyik”.
36 yaşlı hücumçu 2023-cü ilin iyulundan “İnter Mayami”də çıxış edir. O, komandanın heyətində 12 matçda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin