“Messinin nəyə qadir olduğunu bütün dünya bilir”

PSJ-nin yeni baş məşqçisi Kristof Qalte argentinalı hücumçu Lionel Messi ilə bağlı fikirlərini açıqlayıb.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, Messinin əlindən gələni etdiyini deyib:

“Messi Parisdə yeni həyata başlayıb. 34 yaşında yeni bir şey yaşamaq istəyən insanlara hörmət edirəm. Çoxunun belə bir addım atmağa cəsarəti yoxdur.

Mən görürəm ki, o, əlindən gələni edir. Onun nəyə qadir olduğunu bütün dünya bilir”.

Messi 2021-ci ilin yayında “Barselona”dan PSJ-yə keçərək, iki illik müqavilə imzalayıb. Fransa çempionatının son mövsümündə argentinalı futbolçu 26 oyunda 6 qol vurub və 14 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button