
“Messinin MLS-ə getməsi ABŞ üçün inanılmazdır” – Arteta
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Lionel Messinin transferindən sonra MLS-in dəyişəcəyinə inanır.
Komanda.az “Ole” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, argentinalı futbolçunun MLS-ə keçməsinin ABŞ üçün inanılmaz bir şey olduğunu bildirib:
“Messi yalnız varlığı, əldə etdiyi şeylər və bunun dünya futbolu üçün nə demək olması ilə inqilab edəcək və liqanı dəyişdirəcək.
Onun ora gedişindən doğan rezonans müstəsna olacaq. Onun MLS-ə getməsi ABŞ üçün inanılmazdır”.
Messi bu yay PSJ-ni “İnter Mayami”yə dəyişib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin