“Messinin kapitan sarğısını mənə verməsi qürur mənbəyidir” – Di Maria
Argentina millisinin futbolçusu Anxel Di Maria DÇ-2026-nın seçmə mərhələsində Ekvadorla oyun (1:0) haqda danışıb.
Komanda.az millinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu bu qələbənin vacib olduğunu deyib:
“Şad olduq, çünki üç xal qazandıq, bu, ən vacibi idi. Seçmə mərhələ oyunlarının çətin olduğunu bilirik. Boliviya ilə matçda da yaxşılaşmağa çalışacağıq.
Lionel Messinin kapitan sarğısını mənə verməsi çox özəl bir hissdir, qürur mənbəyidir. Milli komandada uzun illər olmaq və belə bir fürsət çox gözəldir”.
Argentina yığmasının yeganə qolunu 78-ci dəqiqədə Messi vurub. O, cərimə zərbəsini qola çevirib.
Argentinalılar bu oyundan sonra 3 xal toplayaraq, turnir cədvəlində birinci pilləyə yüksəliblər.
Bizi Facebook-da izləyin