Messinin gəlişi ABŞ klubuna necə təsir edib?

Argentinalı hücumçu Lionel Messinin ötən yay ABŞ təmsilçisi “İnter Mayami”yə transferi bütün MLS kimi, klubun maliyyə vəziyyətinə də müsbət təsir göstərib.

Komanda.az “sportico”-ya istinadən xəbər verir ki, son bir ildə “İnter Mayami”nin dəyəri 74 faiz artaraq hazırda 1,2 milyard ABŞ dolları təşkil edir. Amerika klubunun gəliri də artıb. Keçən il ərzində “İnter Mayami” 127 milyon dollar qazanıbsa, 2022-ci ildə klubun mənfəəti 55 milyon dollar olub.

Son bir ildə MLS klublarının gəlirləri 27 faiz artıb.

Messi “İnter Mayami”nin heyətində bütün turnirlərdə 14 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button