Federasiyadan Messiyə böyük jest
“İnter Mayami”nin hücumçusu Lionel Messinin Argentina millisindəki 10 nömrəli forması əbədiləşdiriləcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia məlumat verib.
O deyib ki, argentinalı futbolçu millidəki karyerasını başa vurduqdan sonra onun geyindiyi 10 nömrəli forma əbədiləşdiriləcək. Qurum rəsmisi Messinin formasınıın heç kimin geyinməyəcəyini vurğulayıb: “10 nömrə onun şərəfinə ömürlük “təqaüd”ə çıxacaq”.
Messi Argentina millisi ilə ilk dəfə 2005-ci ildə meydana çıxıb. O, yığma ilə indiyə kimi 180 matçda 106 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin