Messinin formaları hərraca çıxarılacaq
Argentina millisinin hücumçusu Lionel Messinin Qətərdə keçirilən 2022-ci il dünya çempionatında geyindiyi formaları Nyu-Yorkda hərraca çıxarılacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, əldə olunan gəlirin bir hissəsi xeyriyyə işlərinə sərf olunacaq.
Köynəklərin ən azı 10 milyon dollar dəyərində olduğu təxmin edilir. Son köynəyin isə 8 milyon funt-sterlinqə başa gələcəyi gözlənilir. Beləliklə, Messinin formaları idman xatirə əşyalarının ən yüksək satış qiymətinə görə rekord qıra bilər.
Argentina finalda Fransa millisini (3:3, penaltilər seriyasında 4:2) məğlub edərək, DÇ-2022-nin qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin