Messi Avropa klublarını geridə qoyub – Forma satışına görə

“İnter Mayami”nin hücumçusu Lionel Messinin formalarının satışı 2023-cü ildə bir çox Avropa klublarının forma satışını üstələyib.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, argentinalı futbolçunun transferindən sonra “Adidas” ABŞ klubundan 500 min ədəd forma sifarişi alıb. Bu o deməkdir ki, onlar “Mançester Yunayted”, “Real”, “Bayern” və “Arsenal” kimi klubların formalarından daha sürətli satılıblar.

Həmçinin bildirilir ki, Messinin formalarının bu qədər populyar olduğu məlum olduqdan sonra klub üçüncü formanı buraxmaq üçün xüsusi icazə alıb. Ona görə də, “Adidas” “Los Anceles” və “Los Anceles Qalaksi” ilə yanaşı, “İnter Mayami”nin də üçüncü formasını istehsal etməyi planlaşdırır.

“Los Anceles” və “Los Anceles Qalaksi” bu imtiyazı MLS-dən ötən mövsüm 100 mindən çox forma satdıqdan sonra alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button