
Runi: “Barselona” ən yaxşı komanda, Messi isə ən yaxşı oyunçudur”
“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi Lionel Messi və Pep Qvardiola dövründə “Barselona” ilə rəqabəti xatırladıb.
Komanda.az “Give me Sport”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Messinin etdiklərinin inanılmaz olduğunu söyləyib:
“İstənilən komandaya qarşı qalib gələcəyimizə əmin idim, amma “Barselona”ya yox. Mənim nəzərimdə “Barselona” ən yaxşı komanda, Messi isə ən yaxşı oyunçudur. Onun etdikləri inanılmaz idi”.
“Mançester Yunayted” iki dəfə UEFA Çempionlar Liqasının finalında Pep Qvardiolanın “Barselona”sına məğlub olub. Messi hər iki finalda qol vurub.
Runi “Everton”un yetirməsidir. O, “Mançester Yunayted”ə bu komandadan keçmişdi. Ümumilikdə “qırmızı şeytanlar”ın heyətində 559 oyun keçirən forvard, 253 qol vurub və 145 məhsuldar ötürmə edib. O, karyerasının sonuna yaxın “Everton”, “DC Yunayted” və “Derbi Kaunti” kimi komandalarda forma geyinib.
Bizi Facebook-da izləyin