“Düşünürəm ki, Messi dünya çempionatında olacaq” – “Liverpul”un futbolçusu

Argentina millisinin və “Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister “İnter Mayami”nin hücumçusu Lionel Messinin 2026-cı il dünya çempionatında oynayıb-oynamayacağı haqda danışıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı futbolçu, Messinin məşqini izləyərkən onun dünya çempionatında rahat oynaya biləcəyini gördüyünü söyləyib:

“Mənim fikrimi soruşsaz, düşünürəm ki, Messi orada olacaq. Onun müsahibələrini dinləyəndə, məşqini izləyəndə dünya çempionatında rahat oynaya biləcəyinə şübhəm yoxdur. Amma bu, onun şəxsi qərarı olacaq.

Çox güman ki, Messi turnirə yaxın qərarını açıqlayacaq. Ümid edirəm ki, o, bu turnirdə iştirak edəcək”.

2026-cı ildə dünya çempionatına üç ölkə – ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button