Messinin cəzası məlum oldu: 50 min dollar və…

Cənubi Amerika Futbol Federasiyası (KONMEBOL) Argentina millisinin hücumçusu Lionel Messini cəzalandırılıb.

Komanda.az xəbər verir ki, Amerika Kuboku-2019-da hakimləri və federasiyanı tənqid edən futbolçu, 3 aylıq cəzalandırılıb. Bunda başqa, federasiya hücumçuya 50 min dollar məbləğində pul cəzası verdiyini də açıqlayıb.

Cəzası noyabra qədər davam edəcək 32 yaşlı futbolçu, milli komandanın Çili, Almaniya, Braziliya və Meksikaya qarşı yoxlama oyunlarını buraxmalı olacaq.

Messi Argentinanın Çili ilə keçirdiyi oyundan sonra (2:1), “Mükafatlandırma mərasiminə qatılmadım, çünki bu oyunun bir parçası olmaq istəmədim. Bu turnir Braziliya millisinin qazanması üçün təşkil olunub. Ümid edirəm ki, finalda hakimlər çox müdaxilə etməz və Perunun qazanmaq üçün bir şansı olar” demişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button