“Həmişə tarixin ən yaxşı futbolçusunu “İnter Mayami”yə gətirmək istəmişəm” – Bekhem

“İnter Mayami”nin sahibi Devid Bekhem komandanın hücumçusu Lionel Messini niyə klubuna transfer etmək istədiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Bekhem, argentinalı oyunçunu tarixin ən yaxşısı hesab edir:

“Hər şey Messinin oyuna və dünyaya təsiri ilə bağlıdır. Onu Amerikaya gətirmək istəməyimizin səbəblərindən biri gələcək nəsilləri ruhlandırmaq idi və mənim planım da bu idi. Təbii ki, Messi ilə müqavilə imzalamaq istəyirdim, çünki o, böyük futbolçu və böyük insandır. Mən ona qarşı bir neçə dəfə – daha doğrusu, iki dəfə – oynamışam. Amma mən həmişə Leonun böyük fanatı olmuşam və illər ərzində onun matçlarına baxmışam. Mən həmişə tarixin ən yaxşı futbolçusunu “İnter Mayami”yə gətirmək istəmişəm. Xoşbəxtlikdən buna müvəffəq oldum”.

İngilis futbol funksioneri Messini tarixin ən yaxşı oyunçusu hesab etdiyini, lakin digər insanların başqa futbolçu seçə biləcəyi ilə razılaşdığını vurğulayıb:

“Hər kəsin öz fikri var. Bu illər ərzində çoxlu böyük oyunçular olub, amma mənim fikrimcə, Messi mükəmməl oyunçudur”.

Lionel Messi 2023-cü ilin iyulunda “İnter Mayami”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button