“Messinin belə düşünməsindən çox qürur duyuram” – “İnter”in hücumçusu

“İnter”in hücumçusu Lautaro Martines həmyerlisi Lionel Messinin sözlərinə münasibət bildirib.

Messi Lautaronun “qızıl top”u qazanmağa layiq olduğunu deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu, Messinin belə düşünməsindən qürur duyduğunu söyləyib:

“Messinin belə düşünməsindən çox qürur duyuram. Mükafata namizədlər arasında olmaqdan şadam. Bu, mənim keçirdiyim yaxşı mövsümün hədiyyəsidir. Bombardir oldum və A Seriyasında ötən mövsümün futbolçusu seçildim”.

27 yaşlı forvard “qızıl top” üçün səsvermədə yeddinci olub. Builki mükafatın qalibi “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodri Hernandes seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button