Messinin 45-ci titulu

Argentina millisinin hücumçusu Lionel Messi karyerasında 45-ci titulunu qazanıb.

Komanda.az əbər verir ki, bu, ABŞ-da təşkil olunan Amerika Kubokunun final matçında reallaşıb.

Argentina millisi həlledici görüşdə Kolumbiya ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Start heyətində meydana çıxan L.Messi zədə səbəbindən 66-cı dəqiqədə əvəzlənib.

Onun vaxtilə İspaniyanın “Barselona” klubunda birgə oynadığı komanda yoldaşı Dani Alveş isə dünyanın ən çox titul qazanan (43) ikinci futbolçusudur.

37 yaşlı forvard Amerika kubokunda keçirdiyi 5 oyunda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button