Messi şərab reklamına görə tənqidlə üzləşib – FOTO

Son vaxtlar Lionel Messi təkcə başqalarının şirkətlərini deyil, həm də, öz layihələrini reklam edir. Bunlardan biri “MM Winemaker SA”-dan eksklüziv şərablar reklamıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu şərab zavodu ilə əməkdaşlıq edir, onun şəkli spirtli içkilərin şüşələrini bəzəyir. Qiymət əslən Siciliya və Pugliadan olan bir şüşə şərab üçün 60 avrodur. Amma bu layihə gözlənilmədən nifrət dalğasına çevrilib.

Belə ki, Messinin paylaşımının altındakı şərhlər Kriştiano Ronaldonun şəkilləri ilə doludur. Ümumi məzmun isə belədir: “Ronaldo bunu heç vaxt etməzdi. Planetin əsas futbolçusu spirtli içkiləri reklam etməməlidir”.

Reaksiyalar qəribədir. Çünki Messi artıq spirtli içkilərin reklamında iştirak edib. 2020-ci ildə Amerikanın “Budweiser” şirkəti “Barselona” ilə oyunlarda Messinin qarşısını ala bilməyən qapıçılara pivə göndərib. Və o zaman heç bir qınama yox idi. Narazılığın əsas səbəbi etiketdir. Dizaynerlər Messinin “keçi” (bütün zamanların ən yaxşısı) obrazına imza ataraq, onu tarixin ən yaxşı futbolçusu adlandırıblar. Azarkeşlər Messinin bu dizaynı şəxsən bəyəndiyini düşünüblər və onu boşboğazlıqda ittiham ediblər:

“Messi gənclər üçün pis nümunədir! Əsl “keçi” Kriştiano Ronaldo gənclərə qazlı içkilərdən belə, çəkinməyi tövsiyə edərkən, o, necə spirtli içkiləri reklam edə bilər?!”

Əslində, Messi yalnız şərab zavodu ilə əməkdaşlıq edir və onun sahibi deyil. Kolleksiyanın reklamına görə o, böyük qonorar alacaq, çünki təqdimat uğurlu alınıb. Gözlənilməz nifrətə baxmayaraq, brend nümayəndələri artıq bütün butulkaların satıldığını elan ediblər. Ancaq bu, pərəstişkarları dayandırmır: bəziləri içkini və Leonun prinsiplərini tənqid edir, digərləri sadəcə kumirlərindən yeni suvenirlə sevinirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button