Messini oynatmadığım üçün peşman deyiləm – Valverde

İspaniya kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Sevilya”ya 0:2 hesabı ilə məğlub olan “Barselona”nın baş məşqçisi Ernesto Valverde oyundan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis cavab oyununda sərfəli nəticə əldə etməyə çalışacaqlarını bildirib:

“İlk hissədə oyuna nəzarət etdik, ikinci hissədə isə əziyyət çəkdik. Rəqib mükəmməl bir nəticə əldə etdi. Cavab oyununda sərfəli nəticə əldə etməyə çalışacağıq. Bu turnirdə mübarizə aparmağa davam etmək istəyirik.

Oyunda hansısa dəyişiklik edirsizsə, riski də tanımalısız. Qələbə qazansaz, demək, bu, doğru qərar idi. Məğlub olsaz, səhv qərar vermiş olursuz.

Lionel Messini oynatmadığım üçün peşman deyiləm. Oyuna Kevin-Prins Boatenqlə çıxmaq riskli qərar idi, amma bunu etmək məcburiyyətində idim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button