
Messi 21 il əvvəlki oyunu ilə bağlı paylaşım etdi
Lionel Messi 16 oktyabr 2004-cü ildə “Barselona”da ilk rəsmi matçına çıxdığı günü xatırladaraq, sosial şəbəkədə paylaşım edib.
Argentinalı futbolçu o zaman “Espanyol”a qarşı oyunda matçın sonuna 8 dəqiqə qalmış əvəzlənmədən meydana çıxmışdı.
Komanda.az xəbər verir ki, Messi paylaşımında həmin oyundan fotosunu yayımlayaraq yazıb:
“Artıq 21 il. İnanılmazdır”.
Messi 2021-ci ilə qədər “Barselona”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



