Messi zədələnib

Argentina millisinin baş məşqçisi Lionel Skaloni hücumçu Lionel Messinin Amerika kubokunda Çili ilə oyunda zədələnməsi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis, matçdan sonra Messi ilə əlaqə saxlamadığını bildirib:

“Görüş bitdikdən sonra Messi ilə əlaqə saxlamadım. O, final fitinə qədər mübarizə apara bildi. Hamı onu Lautaro Martines və Anxel Di Maria ilə bərabər qaçış edərkən gördü. Bu mənim yaddaşımda qalan son görüntüdür. Əlavə edəcəyim başqa heç nə yoxdur”.

Matç Argentina millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun sonunda yeganə qolu hücumçu Lautaro Martines vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button