Messi yoldaşlıq matçında oynayacaq? – Açıqlama
İyunun 10-na keçən gecə Argentina millisi Amerika kubokuna hazırlıq çərçivəsində Ekvadorla yoldaşlıq oyunu keçirəcək.
Komanda.az xəbər verir ki, Argentina millisinin baş məşqçisi Lionel Skaloni mətbuat konfransında Lionel Messinin bu matçda oynayıb-oynamayacağı sualını cavablandırıb:
“İnsanlar Messini görə biləcəklər. Yəqin ki, bir müddət meydanda qalacaq. Biz hər bir futbolçunun oyun dəqiqələrini diqqətlə nəzərdən keçirəcəyik ki, hamı Amerika kubokunun başlanğıcına sağlam yaxınlaşsın. Messinin nə qədər oynayacağını bilmirəm – 30 dəqiqə, 60 dəqiqə və ya 90 dəqiqə. Ancaq insanlar onu görə biləcəklər, bu, ən vacib şeydir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin