Messi: “Yenidən həlledici matçda oynadığım üçün çox şadam”

Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi Amerika kubokunun finalına çıxdıqdan sonra sosial şəbəkədə paylaşım edib.

Komanda.az xəbər verir ki, argentinalı futbolçu sosial şəbəkədə bunu yazıb:

“Final qarşıdadır! Yenidən həlledici matçda oynadığım üçün çox şadam. Komandamızın cəmi bir addımı qalıb”.

Amerika kubokunun yarımfinalında Argentina yığması Kanada millisinə 2:0 hesabı ilə qalib gəlib. Messi bu matçda qol vurub və görüşün ən yaxşı oyunçusu seçilib.

Amerika kubokunun ikinci yarımfinalında Uruqvay və Kolumbiya milliləri qarşılaşacaq. Qarşılaşma iyulun 11-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button