
Messidən yeni rekord
Argentina millisinin hücumçusu Lionel Messi yeni qitə rekorduna imza atıb.
Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, Messi dubl etdiyi Peru millisi ilə matçda (2:0) dünya çempionatının seçmə mərhələsində qollarının sayını 31-ə çatdırıb.
Argentinalı hücumçu Cənubi Amerika üzrə dünya çempionatının seçmə mərhələsində 30 qol vuran keçmiş komanda yoldaşı, uruqvaylı hücumçu Luis Suaresin nailiyyətini geridə qoyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin