Messi yeni prezidentdən təklif gözləyəcək

İspaniyanın “Barselona” klubunun prezidenti vəzifəsinə namizəd olan Xuan Laporta komandanın hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Laporta, Messinin Kataloniya klubunda qalacağını bildirib:

“Messini komandada saxlamaq üçün bütün bacarıqlarımızdan istifadə edəcəyik. Lionel sadəcə maddiyyata köklənməyib. Onun yeni prezidentin təklifini dörd gözlə gözlədiyini bilirəm. Onunla çox yaxşı münasibətim var, o da “Barselona”nı sevir. Messi mənə güvənir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button