
“Messi, yeni komandan aşağı pillədədir!” – FOTO
Argentina millisinin sabiq futbolçusu Serxio Aquero “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə aralarında baş tutan söhbətdən danışıb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, MLS-in Şərq konfransının ekran görüntüsünü həmyerlisinə göndərib və Messinin qəzəbləndiyini deyib:
“Messi, yeni komandan aşağı pillədədir! Ən azı 8 və ya 9-cu pilləyə qədər yüksəlmək lazımdır”. Lionel mənə dedi ki, “pley-off-a yüksəlməliyik”.
“İnter Mayami”nin oyunlarını izləyəcəyəm? Bilet tapa bilmirəm. Artıq hamısı satılıb. Məncə, Messi iyulun ortalarında yeni komandasına qoşulacaq”.
Messi 2021-2023-cü illərdə Fransanın PSJ klubunda çıxış edib. O, iyunun 7-də “İnter Mayami”yə keçidini açıqlayıb.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin