“Messi yeganə futbolçudur ki, ona qarşı meydana çıxmaqdan qorxurdum”

“Barselona”nın qapıçısı Voyçex Şesnı hansı futbolçuya qarşı oynamağın ən çətin olduğu haqda danışıb.

Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, polşalı futbolçu, hücumçulardan ən çox problemi Lionel Messinin yaşatdığını bildirib:

“Hücumçulardan ən çox problemi Messi yaşatdı. Düşünürəm ki, mənim üçün daha çox qol vuran hücumçular var. O, mənim qapıma üç dəfə yol tapdı. Bunu mənə üç şüşə pivə göndərdiyi üçün xatırlayıram. Messi yeganə futbolçudur ki, ona qarşı meydana çıxmaqdan qorxurdum”.

Şesnı azad agent kimi Kataloniya klubunun sıralarına qoşulub. 34 yaşlı qolkiperlə gələn ilin iyunun sonuna kimi olan müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button