
“Messi və Suares bir yerdə olanda inanılmaz olurlar” – Aquero
“Mançester Siti”nin sabiq forvardı Serxio Aquero “İnter Mayami”nin hücumçusu Lionel Messi və “Qremio”nun futbolçusu Luis Suaresi yenidən bir komandada görmək istəyir.
Komanda.az “Stake”-yə istinadən xəbər verir ki, Argentina millisinin keçmiş hücumçusu Messi və Suaresi yenidən bir arada görəcəyinə ümid etdiyini bildirib:
“Ümid edirəm ki, biz Messi və Suaresin yenidən birlikdə oynadığını görəcəyik. Onlar inanılmaz hücum ikilisidir. Onlar bir yerdə olanda inanılmaz olurlar”.
Messi və Suares 2014-2020-ci illərdə “Barselona”da birlikdə çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin