
Messi və Rodriges arasında gərginlik: “Meydanda baş verənlər meydanda qalır”
2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Argentina və Kolumbiya yığmaları arasında keçirilən oyunda Lionel Messi ilə Xames Rodriges arasında mübahisə yaşanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyundan sonra Argentina millisinin kapitanından bu insidentlə bağlı açıqlama istənib, ancaq Messi heç bir detal verməyib:
“Meydanda baş verənlər meydanda qalır”.
Argentina ilə Kolumbiya yığmaları arasındakı matç 1:1 hesabı ilə başa çatıb. Bu oyun Argentina millisi üçün turnir cədvəli baxımından artıq heç nəyi həll etmirdi, çünki onlar dünya çempionatına vəsiqəni yazda təmin etmişdilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



