
“Messi və Ronaldo bir-birinə uduzmaq istəmir” – Keçmiş futbolçu
“Liverpul”un keçmiş futbolçusu Cimi Karrager portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə argentinalı forvard Lionel Messi arasındakı rəqabətdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunları deyib:
“Messi və Ronaldo bir-birinə uduzmaq istəmir. Onların “qızıl top” uğrunda şiddətli rəqabəti var idi. Rəqabət vasitəsilə bir-birlərini yaxşılaşdırdılar. Onlar bir-birinin nailiyyətlərini qabaqlamalıdırlar. Kimsə het-trik etsə, digəri buna bənzər bir şeylə cavab verəcək”.
Hazırda Ronaldo “Əl-Nəsr”in, Messi isə “İnter Mayami”nin oyunçusudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin