Messi və Di Mariya 84 illik uğuru təkrarladılar

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Yay Olimpiya Oyunlarının və dünya çempionatının qalibi olan futbolçuların adlarını açıqlayıb.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda ümumilikdə 13 oyunçu yer alıb.

Son olaraq Qətərdəki DÇ-2022-nin qalibi olan Argentina millisinin üzvləri Lionel Messi və Anxel Di Mariya bu cədvələ düşüblər. Onlar 2008-ci ildə Olimpiadanın qalibi olublar. Messi və Di Mariya 84 ildən sonra bunu bacaran ilk futbolçulardır.

Argentinalılara qədər həm Olimpiya Oyunlarını, həm də dünya çempionatını qazanan 11 oyunçunun hər biri bu nailiyyətə İkinci Dünya Müharibəsindən əvvəl imza atıb. Onlardan 7-si uruqvaylı, 4-ü isə italiyalıdır.

Joze Andrade (Uruqvay) – Olimpiada-1924, Olimpiada-1928, DÇ-1930

Ektor Kastro (Uruqvay) – Olimpiada-1928, DÇ-1930

Pedro Sea (Uruqvay) – Olimpiada-1924, Olimpiada-1928, DÇ-1930

Lorentso Fernandes (Uruqvay) – Olimpiada-1928, DÇ-1930

Alvaro Gestido (Uruqvay) – Olimpiada-1928, DÇ-1930

Joze Nasazzi (Uruqvay) – Olimpiada-1924, Olimpiada-1928, DÇ-1930

Ektor Skarone (Uruqvay) – Olimpiada-1924, Olimpiada-1928, DÇ-1930

Serxio Bertoni (İtaliya) – Olimpiada-1936, DÇ-1938

Alfredo Foni (İtaliya) – Olimpiada-1936, DÇ-1938

Uqo Lokatelli (İtaliya) – Olimpiada-1936, DÇ-1938

Pietro Rava (İtaliya) – Olimpiada-1936, DÇ-1938

Lionel Messi (Argentina) – Olimpiada-2008, DÇ-2022

Anxel Di Mariya (Argentina) – Olimpiada-2008, DÇ-2022

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button