Messi olimpiadada iştirak etmək istəyir

Argentina millisinin futbolçuları Lionel Messi və Anxel Di Maria Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edə bilərlər.

Komanda.az “Dsports”-a istinadən xəbər verir ki, hər iki oyunçu olimpiadada oynamaq istəyir.

Ancaq bunun üçün Argentinanın olimpiya yığması KONMEBOL zonasında yanvar-fevral aylarında baş tutacaq seçmə mərhələdən olimpiadaya vəsiqə qazanmalıdır. U-23 yığmasına Xavyer Maskerano başçılıq edir.

Olimpiada iyul-avqust aylarında Fransada təşkil ediləcək. Hər komandada 23 yaşdan yuxarı 3 futbolçu çıxış edə bilər.

Həm Lionel Messi, həm Anxel Di Maria, həm də Xavyer Maskerano 2008-ci ildə qazanılan olimpiya çempionluğu zamanı Argentina millisinin heyətində yer alıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button