Messinin yeni komandası “tilsimi qırdı”
ABŞ-ın “İnter Mayami” komandası MLS-də növbəti oyununa çıxıb. Mayami təmsilçisi evdə “Ostin”lə heç-heçə edib – 1:1.
Komanda.az xəbər verir ki, argentinalı hücumçu Lionel Messi və ispaniyalı yarımmüdafiəçi Serxio Busketsin yeni klubunun 7 oyunluq məğlubiyyət seriyası sona çatıb.
Xatırladaq ki, “İnter Mayami” Şərq konfransında 16 xalla sonuncu, “Ostin” isə Qərb konfransında 26 xalla 8-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin