“İnter Mayami”nin həmsahibindən Messi və Buskets haqda açıqlama
“İnter Mayami”nin həmsahibi Jorge Mas ABŞ klubunun yeni transferləri – Lionel Messi və Serxio Buskets barədə danışıb.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, o, bu futbolçuları transfer etməklə yeni uğurlara imza atdıqlarını deyib:
“Messi və Busketsin hazırda bizimlə birgə olması bir faktı sübuta yetirir: biz ABŞ-da idman adına yeni uğurlara imza atmışıq. Başqa futbolçuların da klubumuza gəlmək ehtimalı var”.
“Barselona”nın sabiq üzvləri – Messi və Buskets Mayami təmsilçisi ilə 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb. Messinin yeni klubunda mövsümlük 60 milyon dollar qazanacağı haqda məlumat yayılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin