“Messi və Buskets bir-birlərini sözsüz başa düşürlər”

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano komandanın hücumçusu Lionel Messi ilə yarımmüdafiəçi Serxio Buskets arasındakı anlaşmaya heyran qalıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Onlar bir-birlərinə heç nə deməyə belə, ehtiyac duymurlar. Onlar o qədər uzun müddətdir birlikdə oynayırlar ki, hər şeyi sözsüz başa düşürlər. Buskets Messinin topu harada və nə vaxt istədiyini dəqiq bilir. Onların qarşılıqlı əlaqəsi bizə çox kömək edir, xüsusən də, indiki kimi çətin oyunlarda”.

Lionel Messi və Serxio Buskets 2023-cü ildən “İnter Mayami”də oynayırlar. Onlar daha əvvəl “Barselona”da komanda yoldaşı olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button