Messi üçün xüsusi razılaşma: “Toxunulmazlıq” şərti
Argentina millisi martın 26-da Mərakeşlə yoxlama oyunu keçirəcək.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, oyundan əvvəl hər iki millinin futbol federasiyaları xüsusi razılaşma əldə edib. Argentina Futbol Federasiyası, Mərakeş Futbol Federasiyasından Lionel Messi üçün “toxunulmazlıq” istəyib. Tərəflər arasındakı razılığa əsasən, oyun ərzində Mərakeş millisinin üzvləri Messiyə sərt müdaxilə etməyəcək və qarşılaşmadan sonra da onunla şəkil çəkdirməyəcəklər.
Oyundan əvvəl Argentina millisinin üzvlərinin qaldığı otelin adı isə gizli qalacaq. Messi və komanda yoldaşları şəxsi təyyarə ilə İspaniyadan Mərakeşin Tanca şəhərinə gedəcək.
Mərakeş millisinin Argentina Futbol Federasiyasından tək istəyi isə, Messinin 60 dəqiqə meydanda olmasıdır.
DÇ-2018-dən sonra Argentina millisinə çağırılmayan “Barselona”nın hücumçusu, mundialdan sonra ilk dəfə yığmaya dəvət alıb.
Mərakeş – Argentina matçı martın 26-da keçiriləcək.
Bizi Facebook-da izləyin