“Messi özünü kölgə kimi aparır?” – Baş məşqçidən açıqlama
PSJ-nin baş məşqçisi Kristof Qalte Fransa çempionatının 29-cu turunun “Lion”la matçından əvvəl (0:1) fitə basılan Lionel Messi haqda danışıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, son dünya çempionuna qarşı edilən bu hərəkətin kobud olduğunu dilə gətirib:
“Messini fitə basmaq, məncə, kobud hərəkətdir. O, bizə çox kömək edir, çalışır. Lakin ondan daha yüksək performans gözləyirik. Messi oyun zamanı bir neçə dəfə hücumda cəhdlər etdi. Rəqibin çox sıx mübarizə aparması səbəbiylə nəticə hasil edilmədi.
Messi üçün bəzi məsələlər çox çətindir, çünki o, çoxlu ötürmə edən futbolçudur. Bunu cari mövsümün ilk yarısında gerçəkləşdirdi. Eyni zamanda, 2023-cü ildə həm qollar vurdu, həm də məhsuldar ötürmələr etdi. Onun qol vurması üçün epizodlar yaratmaq komanda yoldaşlarının işidir.
Messi özünü kölgə kimi aparır? Bu fikirlə razılaşmıram”.
PSJ hazırda Liqa 1-də 66 xalla birinci yerdədir.
Bizi Facebook-da izləyin