“Messi tezliklə qayıtmaq üçün nikbindir”
“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino Amerika kubokunun Kolumbiya yığması ilə final matçında (1:0) ayağından zədə alan argentinalı hücumçu Lionel Messinin səhhəti ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“İş ondadır ki, onun artıq fiziki forması yaxşılaşır və topla işləməyə başlayıb. O, tezliklə qayıtmaq üçün nikbindir. Messi də zədənin sağalacağına inam qazanmalıdır”.
37 yaşlı hücumçu 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 29 matçda iştirak edib, 25 qol vurub və 16 məhsuldar ötürmə verib. Messinin klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin