“Heç bir şübhəm yoxdur: Messi tarixin ən yaxşısıdır”
Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes DÇ-2026-nın seçmə mərhələsində Ekvador üzərində qələbədən (1:0) razı qalıb.
Komanda.az millinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu Cənubi Amerikada seçmə mərhələ matçlarının ən çətin oyunlar olduğunu deyib:
“Cənubi Amerikadakı oyunlar şübhəsiz ki, ən çətin matçlardır. Hər oyun Ekvador millisi ilə olduğu kimi və ya daha çətin olacaq. Lionel Messinin bizimlə olması əlavə motivasiya verir. Mənim heç bir şübhəm yoxdur: o, tarixin ən yaxşısıdır və hələ uzun illər belə qalacaq”.
Argentina millisi növbəti oyununu sentyabrın 13-də Boliviya yığması ilə keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin