Argentina prezidenti: “Messi Peledən üstündür”

Argentinanın prezidenti Xavyer Mayli 2024-cü il Amerika kubokunun final matçı öncəsi millinin hücumçusu Lionel Messi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə rəhbəri, Messinin Peledən üstün olduğunu bildirib:

“Mən Leonu görmək istəyirəm? O, tarixin ən yaxşı futbolçusudur. Messi Peledən üstündür. Bu barədə heç bir şübhəm yoxdur. Onu öz iqamətgahımda qəbul etmək mənim üçün şərəf olardı”.

Argentina Kolumbiya millisi ilə oynayacağı Amerika kubokunun finalına yüksəlib. Qarşılaşma iyulun 14-dən 15-nə keçən gecə baş tutacaq. Lionel Skaloninin yetirmələri turnirin hazırkı qalibi və dünya çempionlarıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button