Messi həyat yoldaşının bacısının toyuna getməyib

“İnter Mayami”nin hücumçusu Lionel Messi təhlükəsizlik baxımından həyat yoldaşı Antonellanın bacısı Karla Rokuzzonun toy mərasiminə qatılmayıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, Argentinanın Rosario şəhərindəki kilsəyə çoxlu sayda insan toplaşdığı üçün mərasimə qatılmayıb. Daha sonra toyda çıxış edən musiqi qrupu sosial şəbəkədə futbolçu ilə fotosunu paylaşıb. Messi Funesdə baş tutan şənlikdə iştirak edib.

Bu il argentinalı hücumçu PSJ ilə Fransa çempionu olub, yayda isə Liqa kubokunu qazandığı “İnter Mayami”yə (MLS) keçib. Amerika klubunda Messi bütün turnirlərdə 14 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. 36 yaşlı futbolçu 2023-cü ildə səkkizinci dəfə “qızıl top”u qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button