Messi milli karyerasını bitirən futbolçuya təşəkkür etdi
“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi komanda yoldaşı Luis Suaresin Uruqvay yığmasındakı karyerasını bitirmək qərarına münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Siz unikalsız, həm meydanda, həm də meydandan kənarda! Mən sizə çox təşəkkür edirəm”.
Suares sentyabrın 6-da, 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində millinin heyətində son oyununu Paraqvay yığmasına qarşı keçirəcək. O, 2007-ci ildən Uruqvay millisində çıxış edir. 37 yaşlı forvard ümumilikdə milli komandanın heyətində 142 oyun keçirib və 69 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin