“Messi start heyətində olacaq” – Millinin baş məşqçisi

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin hazırkı durumu ilə bağlı sualı cavablandırıb.

Komanda.az “News Hub”-a istinadən xəbər verir ki, argentinalı çalışdırıcı Messinin azarkeşlərini sevindirərək onun start heyətində olacağını bildirib:

“Messi start heyətində olacaq. O, bütün matçı oynaya bilsə, daha da yaxşı olar”.

Messi Ekvador millisi ilə əvvəlki yoldaşlıq oyununda (1:0) 56-cı dəqiqədə Anxel di Mariyanın əvəzinə ehtiyatdan meydana çıxmışdı.

Argentina iyunun 15-də Qvatemala millisi ilə yoldaşlıq oyunu keçirəcək, iyunun 21-də isə Amerika kubokunun qrup mərhələsinin ilk turunda Kanada ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button