Messi “Real”ın sabiq futbolçusunu təhqir edib?

“Real”ın keçmiş futbolçusu Royston Drente Lionel Messi tərəfindən irqçilik zəminində necə təhqir edildiyindən danışıb.

Bu, futbolçular La Liqada oynayan zaman baş verib.

Komanda.az xəbər verir ki, niderlandlı sabiq futbolçu “Wild Project” nəşrinə açıqlamasında bunu deyib:

“Barselona” ilə matçda Messi mənə “tünd rəngli nəcis” dedi. Sonra o, mənə argentinalı futbolçuların tez-tez bir-birlərini belə adlandırdıqlarını bildirdi. Bu, onlar üçün normaldır. Biz bu barədə bir daha heç nə danışmadıq”.

Drente 2023-cü ilin sonunda karyerasını bitirdiyini açıqlayıb. Messi isə hələ də çıxış edir. 37 yaşlı argentinalı forvard “İnter Mayami”nin rənglərini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button