
“Messi belə səhvləri bağışlamır” – Meksikanın baş məşqçisi
Meksika yığmasının baş məşqçisi Xerardo Martino DÇ-2022-nin ikinci turunun Argentina millisi ilə matçı (2:0) haqda danışıb.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, qrupdan çıxmaq üçün mübarizə aparacaqlarını bildirib:
“Qrupdan çıxmaq üçün mübarizə aparacağıq. Biz də qollar vurmalıyıq. Asan olmayacaq. Polşanın Səudiyyə Ərəbistanına vurduğu ikinci qol vəziyyəti daha da pisləşdirdi”.
Martino buraxılan ilk qol zamanı səhvə yol verdiklərini deyib:
“İlk qolda səhvə yol verdik. Lionel Messi isə belə səhvləri belə bağışlamır. O, çox vacib qola imza atdı”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin