
Messi getdikcə əlçatmaz olur
Lionel Messi Argentina millisinin bütün zamanların ən yaxşı bombardirləri siyahısında rəqiblərdən daha da uzaqlaşır.
O, Anqola ilə yoxlama oyununda fərqlənərək milli komandada vurduğu qolların sayını 115-ə çatdırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Messinin bu qollarının 56-sı 30 yaşını keçdikdən sonra vurulub.
Bu isə Argentina millisinin ikinci ən məhsuldar futbolçusu Qabriel Batistutanın bütün karyerası boyu yığmada vurduğu qollardan (55) daha çoxdur.
38 yaşlı forvard Argentina yığmasının heyətində ümumilikdə 196 oyuna çıxıb. Onun millidə debütü 2005-ci ilin avqustuna təsadüf edir. Qarşıdakı dünya çempionatı Messi üçün karyerasında altıncı mundial ola bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



