
Messi qol vurdu, Peleni geridə qoydu
“Barselona” İspaniya La Liqasının 15-ci turu çərçivəsində “Valyadolid”ə 3:0 hesabı ilə qalib gəlib.
Komanda.az xəbər verir ki, oyunda 3-cü qolu vuran Kataloniya klubunun hücumçusu Lionel Messi yeni rekord qırıb. Bu, Messinin “Barselona”da 644-cü qolu olub. Bununla da, o, sabiq futbolçu Peleni geridə qoyub və yeni rekord müəyyənləşdirib. Messi bir klubda ən çox qol vuran futbolçu ünvanına yiyələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin