Messi “qızıl top”larını harada saxlayır?

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi “qızıl top”ları və digər fərdi mükafatları harada saxladığı ilə bağlı sualı cavablandırıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, 36 yaşlı futbolçu mükafatlarının keçmiş klubu “Barselona”nın muzeyində olduğunu bildirib:

“Məndə olan hər şey “Barselona”nın muzeyindədir. “Qızıl top”lar, “qızıl buts”lar, köynəklər və başqa hər şey orda saxlanılır”.

Messi karyerası ərzində 7 dəfə “qızıl top”u qazanıb.

O, bu mövsüm “İnter Mayami”nin heyətində 12 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button