“Messi, qal”, “Bartomeu, istefa” FOTO
“Barselona”nın argentinalı hücumçusu Lionel Messi komandadan ayrılmaq istədiyini rəhbərliyə bildirib.
Komanda.az xəbər verir ki, Messinin “Barselona”dan ayrılmasıni istəməyən Kataloniya klubunun azarkeşləri “Kamp Nou” stadionunun qarşısında toplanıb. Messinin komandadakı gələcəyinin qeyri-müəyyən olmasına etiraz edən tərəfdarlar klub rəhbərliyini günahlandırıblar. Klub prezidenti Xosep Maria Bartomeunun fəaliyyətini sevməyən azarkeşlər “Messi, qal”, “Bartomeu, istefa” şüarları səsləndiriblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin