“Messi PSJ-nin oyununu ləngidir” – Anelka

Fransalı keçmiş hücumçu Nikolya Anelka Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ – “Real” matçında (1:0) parislilərin hücumçusu Lionel Messinin çıxışını dəyərləndirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Anelka, Messinin PSJ-nin oyununun sürətini aşağı saldığını deyib:

“PSJ-nin bütün futbolçuları Messini axtarırdılar və bu, komandanın oyununu ləngidirdi. Messi meydanda “9 nömrə” olmalıdır, amma “10 nömrə” kimi oynadı. Komanda yoldaşları Messiylə oynamaq və onun ön plana çıxmasına kömək etmək istəyirlər. Amma bu, nə qədər vaxt aparacaq?”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button